Haqqımızda


Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin yeni inzibati binasında istifadəyə verilən elektron kitabxana, oxuculara kitabları daha rahat və daha qısa bir müddətdə əldə etməyə imkan yaradır. Müasir texnologiya ilə təchiz olunmuş yeni oxu zalı, oxucuların portativ bazada yerləşən elektron kitablardan istifadəsini təmin etməkdədir. Bu oxucuların daha rahat şəkildə kitablardan istifadəsinə təminat yaradır, kitabxanaçı üçün isə nəzarət etmə funksiyasını daha da əlverişli və asan edir.

İstifadəçilərə həmçinin, kitabxanada yerləşdirilmiş geniş ekranlı monobloklar vasitəsilə kitabxanada mövcud olan və vaxtaşırı yenilənən, ən yeni nəşrlər, ən çox istifadə olunan və oxunan qəzet və jurnallar və elektron vəsaitlər haqqında məlumatlar verilir.

Proqramın əsas səhifəsində kitabların nömrələri, adları, müəllifləri, mövcud yerləşmə vəziyyətləri, barkodları, bron edən şəxslər və bron edildiyi vaxt haqqında məlumatlar yerləşdirilib.

        Alətlər panelində yerləşən düymələr vasitəsilə yeni kitablar və  yeni oxucular haqqında məlumatlar proqram vasitəsilə sistemə daxil edilir.

        İstifadəçi hər hansı bir kitabı əldə etmək üçün operatora yaxınlaşır, kitablar bölümündən həmin kitabı seçir və qeydiyyat kartını kart oxuyan aparata yaxınlaşdırır. “Stol” düyməsi üzərində qeydiyyat kartının barkodu oxunur və həmin qeydiyyat kartı sahibinin şəkli və digər şəxsi məlumatları ekranda görünür. Kitab verilirsə “Kitab verilir” düyməsi, qəbul edilirsə “Kitab qəbul edilir” düyməsi basılır. Ekranda kitabın barkodunu istəyən kiçik pəncərə açılır. Kitab skaynerə yaxınlaşdırıldıqda barkod avtomatik olaraq həmin pənəcərəyə düşür və bu məlumatlar qeydiyyata alınır. Həmçinin oxucunun qeydiyyatında olan digər kitablar haqqında da məlumatlar ekranda görünür.

        Qarşısında “E” hərfi ilə işarələnmiş kitablar elektron formatlı kitablardır ki, bu kitabların adının üzərinə vurmaqla ekranda açılan pəncərədən kitabın elektron versiyasını əldə edərək oxumaq və ya yükləmək olar.

Əsasən köşk üçün nəzərdə tutulan, təqdim olunmuş “bron etmə” funksiyasının koməkliyi ilə oxucu əldə olan kitabları bron etmə hüququna malikdir. Bu da oxucunun bron etdiyi kitabın kitabxanaya nə zaman qaytarılacağından asılı olmayaraq, həmin kitabın növbəti oxucusu olmasına imkan yaradır. Bunun üçün, siyahıdan kitabı seçərək, “Bron et” düyməsini vurmaq və qeydiyyat kartını kart oxuyan aparata yaxınlaşdırmaq kifayətdir.